İti Makronu pərt elədi - VİDEO

İti Makronu pərt elədi - VİDEO
12:18 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron Elize sarayında nazirlərlə görüşündə çətin anlar yaşayıb.

Publika.az xəbər verir ki, prezidentin Nemo adlı iti iclas olan otaqdakı buxarının yanında təbii ehtiyacını ödəyib.

Bu anlar görüşməni lentə alan Fransa “TF1” televiziyası tərəfindən görüntülənib.

Nazir Brun Poirson prezidentlə zarafatlaşıb və “mən də bu səsin nə olduğunun marağında idim” deyib.

E.Makron Nemonun olduqca istisna bir hərəkət etdiyini və “itimin təbiətinə zidd olan bir davranış sərgiləməsinə səbəb oldunuz” deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/218011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR