İtaliyadakı REFERENDUMUN nəticələri

İtaliyadakı REFERENDUMUN nəticələri
12:22 23 Oktyabr 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın şimalında yerləşən Lombardiya və Veneto vilayətlərində geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, seçicilərin böyük əksəriyyəti muxtariyyəti dəstəkləyib.

Venetoda seçicilərin 98 faizi vilayətə daha geniş muxtariyyət verilməsinə səs verib. Bu vilayətdə seçici fəallığı 60 faizə yaxın olub.

Lombardiyada isə muxtariyyətin lehinə 95 faiz seçici səs verib. Burada seçicilərin fəallığı 40 faizə yaxın olub.

Bu referendumlar rəy öyrənmək xarakteri daşısa da, hər iki vilayətin rəhbərliyi paytaxt Roma ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR