"Muğanbank" "Union Pay Classic", "Union Pay Gold", "Union Pay Platinum" və "Union Pay Diamond" kart məhsullarını təklif edəcək

"Muğanbank" "Union Pay Classic", "Union Pay Gold", "Union Pay Platinum" və "Union Pay Diamond" kart məhsullarını təklif edəcək
12:27 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Muğanbank" ASC-nin plastik kartlar departamentin direktoru Anar Axundovun müsahibəsi.

- Azərbaycan iqtisadiyyatının inkişafında nağdsız hesablaşmaların rolunu necə qiymətləndirirsiniz?

- Müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının daha da inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, iqtisadi sistemin subyektləri arasında, eləcədə korporativ sektorda şəffaflığın artırılması, o cümlədən bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasından ibarətdir.

- Nağdsız hesablaşmaların stimullaşdırılması üçün bank hansı addımlar atır? Fikrinizcə, Azərbaycanda nağdsız hesablaşmaların artımının stimullaşdırılmasına hansı addımlar kömək edər?

- "Muğanbank" ASC nağdsız hesablaşmaların stimullaşdırılması və plastik kart sahiblərinin rahatlığını təmin etmək məqsədi ilə 700-dən çox POS-terminal, 60-a yaxın bankomatla xidmət göstərir, "Mobile Banking", "Internet Banking", "SMS Notification", "3D secure", "Card to card", "Cash by code" xidmətlərindən yararlanmağı təklif edir.

Qeyd etmək istərdik ki, "Mobile Banking"  tətbiqi tam pulsuz olması ilə yanaşı, müştərilərə öz plastk kart hesablarına günün istənilən vaxtında nəzarət etmək, "Card to card" (kartdan karta) əməliyyatlarını, kommunal və bir çox ödənişləri sərbəst şəkildə həyata keçirmək imkanı verir. Bundan əlavə diqqətinizə çatdırmaq istərdim ki, "Mobile Banking" proqramının daha da genişləndirilməsi məqsədi ilə bu proqrama bankımızın məhsulu olan "Monex" təcili pul köçürmə sistemi, həmçinin kredit ödənişləri xidməti də inteqrasiya olunacaqdır. Müştərilərimiz "Monex" təcili pul köçürmə sistemi vasitəsi ilə plastik kartlarına komissiyasız mədaxil edə, kredit ödənişlərini rahat şəkildə həyata keçirə, az xidmət haqqı ödəməklə ölkə daxili və xaricinə pul köçürmələri həyata keçirə bilərlər. www.muganbank.az saytından və ya 933 qaynar xəttimizə zəng etməklə daha ətraflı məlumat əldə etmək olar.

Fikrimcə, qeyd etdiyim xidmətlər Azərbaycanda nağdsız hesablaşmaların artımının stimullaşdırılmasına kömək edəcək faktorlardan biridir.

- Nağdsız hesablaşmalar haqqında yeni qanunların ("Nağdsız hesablaşmalar haqqında" qanunun qəbul edilməsi, əmək haqlarının nağdsız şəkildə verilməsi və s.) tətbiq olunması bankda plastik kartlar dövriyyəsinə necə təsir göstərib?

- "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi barədə ölkə Prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanından irəli gələn tapşırıqların icrası bankımızda plastik kart dövriyyəsinin, əmək haqqı təyinatlı plastik kartların sayının ötən ilə nisbətən 20 dəfədən çox artmasına səbəb olmuşdur. Cari ilin əvvəlində nağdsız hesablaşmaların inkişafı istiqamətində bankımızda "Əmək haqqı kartları" layihəsinə start verilmişdir. Qeyd olunan layihə çərçivəsində müəsissələrin əməkdaşlarına əmək haqqı kartları 3 il müddətinə pulsuz verilir və müəssisə rəhbərinə "Visa Gold" əmək haqqı kartı hədiyyə olunur. Bundan əlavə qeyd etmək istəyirəm ki, Muğanbankın əmək haqqı kartlarının sahibləri ölkədən kənarda rahat və təhlükəsiz şəkildə istənilən valyutada əməliyyat apara bilərlər. Qısa vaxt ərzində artıq yeni məhsul olan kontaktsız "Maestro" əmək haqqı kartlarını müəssisələrə pulsuz təqdim etməyi planlaşdırırıq və həmin kartların istifadə müddəti maksimum 7 il olacaq.

- Orta və uzunmüddətli perspektivlərdə plastik kartlar və nağdsız hesablaşmalar sahəsinin inkişafı üzrə bankın planları nələrdir?

- Bildiyimiz kimi, "Muğanbank" ASC müştərilərinə "Mastercard" və "Visa Int." beynəlxalq kart təşkilatlarının plastik kartlarını təklif edir. Plastik kart məhsulumuzun çeşidinin artırılması, müştərilərə daha çox seçim imkanı yaradılması məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq Çin Xalq Respublikasının şirkəti olan "Union Pay Int." beynəlxalq kart təşkilatına prinsipial üzv olmuşuq. Həm ekvayrinq, həm də issuinq üzrə layihələr artıq yekunlaşmaq üzrədir. Tezliklə, bankımız "UPI"-nin 4 növ - "Union Pay Classic", "Union Pay Gold", "Union Pay Platinum" və "Union Pay Diamond" kart məhsullarını müştərilərə təklif edəcəkdir. Bundan əlavə bildirmək istərdim ki, 1 ay ərzində yeni plastik kart məhsullarımızdan olan kontaktsız "Mastercard Debit " və "Maestro" plastik kartlarını müştərilərə təklif edəcəyik. Arzu edənlər plastik kart məhsullarımızı istənilən filial və ya şöbəmizə yaxınlaşaraq, yaxud www.muganbank.az saytına daxil olmaqla onlayn sifariş edə bilərlər.

Zənnimcə, məhsullarımızın çoxluğu nağdsız hesablaşmalar sahəsinin inkişafına müəyyən qədər təsir edən amil hesab oluna bilər.

"Muğanbank"ASC-nin plastik kartları ilə dünyanın istənilən ölkəsində rahat və maneəsiz istər nağd, istərsə də qeyri-nağd ödənişləri limitsiz olaraq həyata keçirmək mümkündür. Bankımızın kart məhsulları üzrə istər ölkədaxili, istərsə də ölkəxarici əməliyyatlarda endirimlərdən yararlana bilərsiniz.

Muğanbankın plastik kartları müştərilərə büdcələrinə qənaət etmək imkanı yaradır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/592884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR