"Bakının zəlzələ ilə bağlı təhlükəsi Xəzərdən gözlənilir"

"Bakının zəlzələ ilə bağlı təhlükəsi Xəzərdən gözlənilir"
12:27 23 Oktyabr 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər nə qədər neft-qaz ehtiyatları ilə zəngindirsə, onun o qədər də potensial gücə malik olan zəlzələ ocaqları var. Abşeronun, Bakının zəlzələ ilə bağlı təhlükəsi də Xəzərdə mövcud olan zəlzələ ocaqlarından gözlənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin dibində seysmometrlərin quraşdırılması üçün aparatlar 3 il əvvəl alınıb: "Lakin onlar bu günədək quraşdırılmayıb. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərləri tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət olundu ki, bu məsələdə bizə yardımçı olsunlar. Çünki biz 3 ilə yaxındır ki, dib seysmometrlərini almışıq. Ancaq onlar indiyədək mərkəzin anbarında qalıb".

Q.Yetirmişli bildirib ki, həmin seysmometrlər Xəzər dibinin seysmikliyini dəqiq öyrənməyə imkan verəcək: "Onlar, eyni zamanda, Xəzərdəki platformalarda, kommunikasiya xətlərində baş verə biləcək təhlükəni minimuma endirməyə yardım edəcək. Yataqlarda fəsadların əmələ gəlməsi, platformalarda olan çökmələr, yanma və s. - gələcəkdə bu riskləri minimuma endirmək məqsədi ilə stansiyalardan faydalanmaq mümkün olar. Onların quraşdırılmasının elmi baxımdan da çox böyük faydası olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR