“İrma” 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı

“İrma” 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı
12:37 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-da ər-arvad Atlantik okeanının sahilində butulkada məktub aşkar ediblər. Onu sahilə "İrma" qasırğası çıxarıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, uşaq xətti ilə yazılan məktubun 1988-ci ildə göndərildiyi məlum olub.
"Salam, mənim adım Miranda Doun Mossdur. Mənim 8 yaşım var. Mən Cənub Karolinada ibtidai məktəbin üçüncü sinifində oxuyuram", - bu sətirlərlə başlanan məktub mətbuatın marağına səbəb olub.

Maraqlıdır, cütlük sosial şəbəkələrin köməyi ilə müəllifi tapmağa çalışıb və tapıb. Onlar məktubun müəllifi Miranda Moss Çaveslə əlaqə yaradıblar və heyrət içində olan 38 yaşlı Miranda bildirib ki, bəli, 26 sentyabr 1988 ildə o, həqiqətən də bu məktubu yazaraq butulkanın içində okeana atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR