“Qızıl oğlan” müəyyənləşdi - FOTO

“Qızıl oğlan” müəyyənləşdi - FOTO
12:42 23 Oktyabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

2017-ci ilin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe digər rəqiblərini qabaqlayıb. 

İtaliyanın "Tuttosport" nəşrinin keçirdiyi sorğuda Mbappe ilə digər fransalı Osman Dembele ("Barselona") və braziliyalı Qabriel Jezuş ("Mançester Siti") mübarizə aparıblar. Jurnalistlər arasında keçirilən səsvermədə qalib gələn Mbappe ötən mövsüm "Monako"da meydana çıxdığı 44 matçda 26 qola imza atıb. 18 yaşlı oyunçu sabiq komandasının heyətində Fransa çempionu olmaqla yanaşı, Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. O, yay fasiləsində icarə əsasında PSJ-yə keçib.

Qeyd edək ki, ötən ilin ən yaxşı gənc futbolçusu portuqaliyalı Renato Sançes seçilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR