Şahmatçımız nüfuzlu turnirdə iştirak edəcəklər

Şahmatçımız nüfuzlu turnirdə iştirak edəcəklər
12:57 23 Oktyabr 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnir 12-28 yanvar tarixlərində təşkil olunacaq.

İştirakçılar arasında, həmçinin Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ və Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) da adı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR