"Məni o yerə çatdırmasın da döyüm" - Mətanət özündən çıxdı

"Məni o yerə çatdırmasın da döyüm" - Mətanət özündən çıxdı
13:12 23 Oktyabr 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün "ATV Maqazin" verilişinin qonağı olan müğənni Mətanət Əsədova od pükürüb.

Milli.Az xəbər verir ki, xanım ifaçı adını çəkmədiyi bəzi həmkarlarına xəbərdarlıq edib:

"Nifrət elədiyim insanlara qarşı qəlbimin gözü kordur, görmürəm. Mənə dəyənə nəsə etməyimə ehtiyac qalmadı. Allah onu külli-küf etdi, arxayın olun! Mən dibindən kəsirəm. Məni o yerə çatdırmasın da döyüm. Heç vaxt baxmamışam qarşımdakının ağırlığına, yüngüllüyünə. Onda görmüşəm ki, yoxdur o adam".

Müğənni belə əsəbi halının səbəbini açıqlayıb:

"Keçmiş mahnıları ərsəyə gətirirəm. Üzləri ağ olsun, mən oxuyuram, çıxıb təkrar mən oxuduqlarımı oxuyurlar, yenə başlayırlar köhnə ifaçılarının adını çəkməyə. Amma demirlər ki, bunu Mətanət ərsəyə gətirdi". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR