Fransa polisi “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxsləri təqib edir

13:27 9 Yanvar 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 13:26 ]

Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı – APA. Parisdən 40 km aralıda yerləşən Dammartin-en-Qoel şəhərində atışma olub.

 

APA-nın RTL radiostansiyasına istinadən verdiyi məlumata görə, polislər “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxslərin olduğu maşını təqib edərkən odlu silahdan istifadə ediblər.

 

“Le Parisien” nəşri isə bildirir ki, Parisin Ena və Uaza departamentlərinin cənubunda “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxslərin saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma olub. Nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR