Sabahın HAVAsı

Sabahın HAVAsı
13:57 23 Oktyabr 2017
332 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Oktyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR