ABŞ Soyuq Müharibədən sonra ilk dəfə nüvə silahını işə saldı - YENİ TƏHDİD

ABŞ Soyuq Müharibədən sonra ilk dəfə nüvə silahını işə saldı - YENİ TƏHDİD
13:58 23 Oktyabr 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiya ilə apardığı Soyuq Müharibədən sonra ilk dəfə “B-52” bombardman təyyarələrinə nüvə raketləri yerləşdirib.

Publika.az xəbər verir ki, buna səbəb ABŞ-ın Şimali Koreya ilə münasibətlərində yaranan gərginlik olub.

ABŞ Hava Qüvvələri generalı Devid Qoldfeyn mediaya açıqlamasında “dünya artıq təhlükəli bir yerdir. Çünki bu gün nüvə silahlarından açıq-aşkar bəhs edən insanlar var” deyib. O, “Qiyamət təyyarəsi” adlandırılan “E-4B Nightwatch”dan birinin 24 saat hazır gözlədiyini qeyd edib.

ABŞ prezidenti Donald Tramp da bazar günü Şimali Koreya ilə bağlı verdiyi açıqlamada hökumətinin hər şey üçün hazırlıqlı olduğunu bildirmiş və “nə qədər hazırlıqlı olduğumuza inana bilməzsiniz” demişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR