ABL Cup 2017/18 turnirinin püşkatma mərasimi baş tutdu - VİDEO - FOTO

ABL Cup 2017/18 turnirinin püşkatma mərasimi baş tutdu - VİDEO - FOTO
14:05 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

20 oktyabr Pullman oteldə ABL Cup 2017/18 turnirinin  qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Yüksək səviyyədə düzənlənən tədbirin təşkilatçılığını ASEP (Azfar Sport Events & Promotion) şirkəti  öz üzərinə götürmüşdür.

Təşkilatçı şirkət, tədbirin aparılmasını məşhur tele-jurnalist Sənan Şəfizadəyə həvalə edərək, gecəyə xüsusi rəng qatıb.

Milli.Az xəbər verir ki, mərasim ilk olaraq Sənan Şəfizafənin zalda əyləşən qonaqları və tədbirə gələn komanda üzvlərini salamlamağı ilə başladı, səhnəyə  daha sonra xüsusi  qonaqlar dəvət edildi. Gənclər və İdman Nazirliyinin, Futbol Sektorunun müdiri  Fikrət Hüseynov , AFFA-nın Futzal  üzrə koordinatoru Asim Xudiyev ilk öncə təşkilatçıları idmanın inkişafına göstərdikləri dəstək və mini-futbol üzrə hazırlanan lahiyənin uğurları münasibəti ilə təbrik ediblər. Çıxışlarının sonunda, Biznes-liqanın iştirakçıları olan komandalara uğurlar diləyərək, təşkilatçıları dəstəklədiklərini bildiriblər. Qonaqların çıxışlarından sonra, ABL Cup 2017/18 turnirinin lahiyə meneceri Tərlan Məmmədov öz növbəsində püşkatma  mərasimi haqqında qısaca olaraq məlumat verərək, püşkatma mərasiminə start verdi.

Beləliklə ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin ilk səkkiz komandasını müəyyən etmək üçün, səhnəyə ASEP (AZFAR SPORT EVENTS & PROMOTION) şirkətinin baş direktoru Andrey Sarıçev təşrif buyurdu. Növbəti səkkiz komandanı müəyyənləşdirmək  üçün, tədbir keçirilən məkan olan Pullman otellər qrupunun baş meneceri, Denis Le Nohaic  səhnədə öz yerini aldı. Seçiminin sonunda, əcnəbi qonaq çıxışını fransızlara məxsus "Güclü qalib gəlsin" ifadəsi ilə bitirdi.

Püşkatmanın 16 komandası artıq müəyyən edilmişdir. Daha sonra, Zirə komandasının kapitanı və Azərbaycan milli komandasının üzvü Anar Nəzirov çıxaraq 3-cü səkkizliyi müəyyən etdi. Son səkkizliyin adını açıqlamaq üçün  Zirə komandasının oyunçusu Milan Curiç səhnəyə çıxaraq, püşkatmanı yekunlaşdırdı. Püşkatma bitdikdən sonra Sənan Şəfizadə sözü, Azfar Group-un marketinq meneceri Azər Hüseynova verdi. O da, öz növbəsində gələcək perspektivli, qlobal lahiyələr haqqında danışdı. Tədbir Sənan Şəfizadənin komandalara keçirəcəkləri oyunlarda uğurlar arzu etməsi və püşkatma mərasimini yekunlaşdırması ilə sona çatdı.

Beləliklə, ilk dəfə olaraq, mini-futbol üzrə keçirilən ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin püşkatması nəticəsində, iştirak edən 32 komanda 8 qrupa bölündü.   Tədbirin rəsmi hissəsindən sonra bir-birinə rəqib olan komandalara təşkilatçılara öz suallarını ünvanlamaq üçün şərait yaradıldı.

Tədbir iştirakçıları onlar üçün məxsusi olaraq Pullman otelinin baş aşpazı tərəfindən hazırlanan nəfis təamlar ilə düzənlənən furşet masası ətrafına dəvət edildilər. Komanda nümayəndələri, daha rahat bir ortamda gələcək oyunlar ilə bağlı söhbətlərini davam etdilər.

Daha ətraflı https://www.facebook.com/media/set/?set=a.704938406383073.1073741830.673336346209946&type=1&l=9e0f56c3e3

Qeyd etmək istərdik ki, ABL Cup 2017/18 turnirinin rəsmi saytı olan www.abl.az  səhifəsində püşkatmanın nəticələri və keçiriləcək oyunlar haqqında geniş  məlumatlar əldə etmək mümkündür. Mütəmadi olaraq yenilən səhifəmizi, izləməyi unutmayın.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABL Cup 2017/18 turnirinin möhtəşəm püşkatma mərasimi baş tutdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR