Azərbaycanda builki pambıq yığımının həcmi 120 min tona çatıb

Azərbaycanda builki pambıq yığımının həcmi 120 min tona çatıb
14:07 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 119 740,27 ton məhsul təhvil verilib.
“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bunun 8 565,64 tonu oktyabrın 21-22-də tədarük olunub.
Bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 413,2 hektar ərazidə çiyid səpilib. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib.
Məhsul yığımının həcminə görə Saatlı öndədirlər. Bu rayonun pambıqçılartı 18 419,40 ton məhsul təhvil veriblər.
Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda 88 596 ton pambıq tədarük olunmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-builki-pambiq-yigiminin-hecmi-120-min-tona-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR