MTRŞ "Maşın" şoudakı aparıcı xanımlar barədə: "...təəssüf doğurur"

MTRŞ "Maşın" şoudakı aparıcı xanımlar barədə: "...təəssüf doğurur"
14:17 23 Oktyabr 2017
292 Şou
Ölkə mətbuatı
A- A+

Efirdən vulqar ifadələr səsləndirən aparıcılar, tez-tez küçə danışıqlarına yer verən verilişlər izlənilir. Həmin aparıcılar və verilişlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi diqqət mərkəzindədir.

Milli.Az xəbər verir ki, bu sözləri movqe.az-a açıqlamasında MTRŞ-nın Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov söyləyib.

T.Dadaşov bildirib ki, efirdə nalayiq ifadələrin, jarqon danışıqların monitorinqi davamlı olaraq aparılır:

"Belə verilişlər, aparıcılar xüsusi diqqətimizdədir. Çünki MTRŞ tərəfindən bu cür neqativ məqamların hər biri monitorinq zamanı qeydə alınır".

T. Dadaşov "Maşın" realiti şousunda da küçə danışıqlarının, vulqar ifadələrin verilişin aparıcısının yox, iştirakçıların dilindən səsləndiyini qeyd edib:

""Maşın" realiti şousunda da çox təəssüf ki, aparıcı olan şəxslər efirdən vulqar ifadələr səsləndirirlər. Əvvəllər xəbər aparıcısı olmuş Vüsalə Kərimova, Ülviyyə Alovlu vaxtilə aparıcılıq edən şəxslərdir. Onların efirdən bayağı ifadələr səsləndirməsi təəssüf doğurur. Halbuki onlar özləri şouda danışıqları, davranışları ilə bir nümunə olmalıydılar".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/592908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR