Gürcüstan klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb

Gürcüstan klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb
14:42 23 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Gürcüstanın “Çixura” klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb.
“Report” qonşu ölkənin İctimai Televiziyasına istinadən xəbər verir ki, hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi “Dinamo”suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib.
Klub rəsmilərinin sözlərinin görə, hadisə nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb.
Qeyd edək ki, “Çixura” 2014/2015 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olub. “Ağ-qaralar” Bakıda gürcülərlə qolsuz bərabərə qalsalar da, səfərdə 3:2 hesablı qələbə qazanaraq, mərhələ adlayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/gurcustan-klubunun-futbolcularini-aparan-mikroavtobus-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR