Rusiya XİN başçısının yeni müavini məlum olub

Rusiya XİN başçısının yeni müavini məlum olub
14:57 23 Oktyabr 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Aleksey Meşkovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı bu posta Dmitri Pankini təyin edib.
Qeyd edək ki, daha əvvəl Rusiya KİV-i mənbələrə istinadən A.Meşkovun Rusiyanın Fransadakı və eyni zamanda Monakodakı səfiri vəzifəsinə təyin edilə biləcəyini yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-xi-n-bascisinin-yeni-muavini-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR