Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istəyib

Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istəyib
15:47 23 Oktyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 23 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib. 
Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü  U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-daha-bir-genc-qiz-ozunu-oldurmek-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR