Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."

Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
15:48 23 Oktyabr 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyada qayığını itirən ingilis Con Kreyq arxasınca düşən köpək balığından xilas olmaq üçün 3 saat dayanmadan üzüb.

Publika.az xəbər verir ki, 34 yaşlı dalğıc suyun üzərinə çıxarkən içində bir dostunun da olduğu qayığını görə bilməyib.

Yardım çağırmaq üçün çırpınan dalğıc bi köpək balığının ona doğru yaxınlaşdığını görüb. O, sahilə doğru üzməyə başlayıb.

C.Kreyq Français Perron parkına qədər 3 saat boyunca 7,5 km üzüb. Köpək balığı isə ilk 15 dəqiqədə onu təqib edib.

3 saatdan sonra quruya çıxan dalğıcı bir təyyarə görüb və onu xilas edib. C.Kreyq o anları “naməlum bir yerin ortasında köpək balığına yem olacağımı düşündüm” sözləri ilə ifadə edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/218034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR