"Exo Moskvı" jurnalistinə hücum edən şəxs əcnəbidir

"Exo Moskvı" jurnalistinə hücum edən şəxs əcnəbidir
16:03 23 Oktyabr 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin məlumatına görə, radioaparıcı Tatyana Felgenhauerə hücum edən şəxs əcnəbidir.

Publika.az bildirir ki, cinayətkarın konkret hansı ölkənin vətəndaşı olduğunu polis sirr saxlayır.

Bildirilir ki, onun adı Boris Gersdir və o, aparıcı ilə tanış idi.

Xatırladaq ki, bugün günorta saatlarında naməlum şəxs “Exo Moskvı” radiosunun aparıcısı Tatyana Felgenhauerə bıçaqla xəsarət yetirib. Boğaz nahiyyəsindən yaralanan radio aparıcısı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR