Azərbaycanda 3107 zəlzələ baş verib - FOTO

Azərbaycanda 3107 zəlzələ baş verib - FOTO
16:12 23 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il yavarın 1-dən indiyədək olan dövr ərzində Azərbaycan və ona bitişik ərazilərdə 5051 təkan qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli əlavə edib ki, bu il ərzində təkcə Azərbaycan ərazisində 3107 yeraltı təkan baş verib.

Onun sözlərinə görə, bu il ərzində baş verən zəlzələlərin 22-si hiss edilən olub.

Q.Yetirmişli qeyd edib ki, 2017-ci il ərzində Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi seysmik baxımından aktiv olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR