Millət vəkili Türk xalqlarının aydınları ilə görüşüb

Millət vəkili Türk xalqlarının aydınları ilə görüşüb
16:24 23 Oktyabr 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türkiyənin və bəzi Türk xalqlarının QHT-ı və aydınları ilə görüşüb. Lent.az-ın məlumatına görə, əvvəlcə Türk Dünyası Araşırmalar Vəqfini ziyarət edən millət vəkili burada təşkilatın rəhbərliyi, gənclər təşkilatı, bir sıra tanınmış aydınlar, yazarlar, araşdırmaçılarla görüşüb. Millət vəkili eyni zamanda bir sıra türk xalqlarının Türkiyədə fəaliyyət göstərən QHT-ləri ilə də görüşüb.

 

Görüşdə Q. Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q. Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb.

 

Millət vəkili Türk dünyası  QHT və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb. Millət vəkili Qarabağ həqiqətlərinin daha geniş yayılmasında,  qondarma “erməni soyqırımı”na qarşı mübarizədə də Türk dünyası QHT və  KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq, onları  erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

 

Q. Paşayeva Türk dünyası QHT və KİV-lərini maraqlandıran sualları da cavablandırıb, konkret tədbirlər və layihələr ətrafında geniş müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR