Türkiyə İraqı bombaladı - Anbaan GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Türkiyə İraqı bombaladı - Anbaan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
17:08 23 Oktyabr 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda əməliyyat keçirib.

Publika.az
xəbər verir ki, F-16-larla keçirilən əməliyyat nəticəsində 20 terrorçu məhv edilib.

Əməliyyat zamanı Şimali İraqın Avaşin bölgəsində PKK düşərgələri bombalanıb.

Digər tərəfdən, Şimali İraqla sərhəddə ağır texnikaların yerləşdirilməsi davam edir.

Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu” keçirməsindən sonra İraqla sərhəddə başlanan hərbi təlimlər çərçivəsində tanklar, zirehli texnikalar hazır vəziyyətdə gözləyir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR