Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb

Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb
17:12 23 Oktyabr 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 23 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb.
"Report"un Aran bürosunun məlumatına göər, rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən 80 tonluq pambıq tayalarından birində yanğın baş verib. 
İlkin məlumatlara görə, yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb. 
Faktrla bağlı araşdırmalara başlanılıb. 

***16:21
Biləsuvar. 23 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın lokallaşdırılıb.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən  80 tonluq pambıq tayalarından birində yanğın baş verib. 
Hadisə yerinə cəlb olunan FHN-in Biləsuvar rayon YMH-nin əməkdaşları tərəfindən yanğın lokallaşdırılıb və digər pambıq tayalarına keçməsinin qarşısı alınıb.

***15:45
Biləsuvar. 23 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində yanğın başlayıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndi ərazisində yerləşən məntəqədə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin (YMH) texniki və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-pambiq-qebulu-menteqesinde-bas-veren-yangin-sondurulub-yeni-leni-b-2

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR