Ronald Kuman o klubdan qovuldu

Ronald Kuman o klubdan qovuldu
17:54 23 Oktyabr 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında baş məşqçi istefası baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Everton” Ronald Kumanla yollarını ayırıb.
 
Ölkə çempionatının IX turunda öz meydanında “Arsenal”a böyük hesabla (2:5) məğlub olan Liverpul klubunda rəhbərlik hollandiyalı mütəxəssisi istefaya göndərib. Hazırda 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan “Everton”da boş qalan posta ən real namizəd Devid Moyes göstərilir.
 
Qeyd edək ki, Ronaldo Kuman “Everton”un “sükanı arxası”na ötən ilin yayında keçib. 54 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda keçən mövsümü 7-ci sırada tamamlayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR