Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb
18:02 23 Oktyabr 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 23 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"-də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ğır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-yol-qezasinda-xesaret-alan-sexs-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR