2 il əvvəlin “Böyük Kürdüstan” ideyası: Bərzaniyə dəstək verən ölkələr haqqında ŞOK FAKTLAR - İLK DƏFƏ

2 il əvvəlin “Böyük Kürdüstan” ideyası: Bərzaniyə dəstək verən ölkələr haqqında ŞOK FAKTLAR - İLK DƏFƏ
18:03 23 Oktyabr 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Kürd Muxtariyyətinin referendumuna kameralar önündə qarşı çıxan Səudiyyə Ərəbistanı və BƏƏ-nin arxa planda lobbi fəaliyyətləri yürütdüyü və sosial mediada aktiv fəaliyyət göstərdikləri ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, peşmərgə lideri Məsud Bərzaniyə İsraillə yanaşı, BƏƏ və Səudiyyə Ərəbistanının da dəstək verdiyi iddia edilib.

Türkiyə və İraq başda olmaqla, dünya ictimaiyyətinin etirazlarına qulaqlarını tıxayan kürd muxtariyyəti İsraildən aldığı dəstəklə müstəqilliyini elan etməyə hazırlaşırdı.

Keçmiş Ərəbistan generalı olan və hazırda strateji olaraq vəzifədə qalan Ənvər Aşki kürd muxtariyyətinin qəbul etdiyi qərarların arxasında olduqlarını bildirib. Bununla yanaşı, keçmiş generalın 2015-ci ilə aid görüntüləri ortaya çıxıb. Görüntülərdə bölgənin necə xaosa sürükləndiyi açıqlanıb.

2015-ci ildə İsrailə səfər edən Ənvər Aşki israilli nümayəndələrlə gerçəkləşdirdiyi toplantıda çox önəmli açıqlamalar verib. O, Afrika və ərəb ölkələri arasında bir körpü qurulmasının vacib olduğunu deyib və bunun üçün lazım olan maddələri sadalayıb.

İsrail və ərəb ölkələrinin barışmalarının şərt olduğunu deyən Ə.Aşki İranda rejim dəyişikliyi, Yəməndə sülh kimi maddələri sıraladıqdan sonra “Böyük Kürdüstanın qurulması” kimi ideyalardan da danışıb.

Müstəqillik referendumuna dəstək verən ölkələrdən digəri isə Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ-nin münasibəti səsvermə müddətində daha aydın ortaya çıxıb. Sosial media vasitəsilə BƏƏ adından kürdlərə dəstək verən iki nəfər isə İbtisam əl Ketbi və Əbdülxalq əl Halikdir. Adıçəkilən şəxslər kürdlərin müstəqilliklərini elan etməsindən dərhal sonra BƏƏ-nin müstəqilliyi tanıyacağını açıqlamışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR