Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb

Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb
18:07 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb.
“Report” xəbər verir ki, qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.
Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb. 
Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8%-lə, sosial ipoteka kreditləri isə illik 4%-lə verilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dovlet-ipoteka-kreditlerinin-maksimal-meblegi-50-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR