Şəki-Kiş avtomobil yolunun tikintisi üçün 4,8 milyon pul ayrıldı

Şəki-Kiş avtomobil yolunun tikintisi üçün 4,8 milyon pul ayrıldı
18:09 23 Oktyabr 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən on yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR