Senatın sədr müavini: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

Senatın sədr müavini: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır
18:32 23 Oktyabr 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib.

Y.Şestak qeyd edib ki, təcrübə də münaqişələrin sülh yolu ilə həllinin ən yaxşı variant olduğunu göstərir:

"Bizim tarixi təcrübəmiz göstərir ki, iki ölkə arasında münaqişə yaratmayan və münaqişənin gələcəkdə daha da dərinləşməsinə səbəb olmayan həll variantı sülh və qarşılıqlı anlaşma yoludur".

Senatın sədr müavini bildirib ki, Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfəsi tərəfləri sülh variantına təşviq etmək və münaqişənin sülh yolu ilə həllinə nail olunmasına dəstək göstərməkdən ibarət ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/593051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR