Aİ-nin nümayəndəsi: "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin və danışıqların davam etdirilməsinin tərəfdarıyıq"

Aİ-nin nümayəndəsi: "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin və danışıqların davam etdirilməsinin tərəfdarıyıq"
18:37 23 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, nazir səfirə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı istiqamətində uğurlar arzulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.
Nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində dinc sakinlər və hərbi qulluqçuların həyatlarına təhlükə yarandığından münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazilərdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir.
Səfir öz növbəsində vurğulayıb ki, Avropa İttifaqı regionda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/ai-nin-numayendesi-biz-qarabag-munaqisesinin-sulh-yolu-ile-hellinin-ve-danisiqlarin-davam-etdirilmesinin-terefdariyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR