Maşın piyada zolağında qadını vurdu

Maşın piyada zolağında qadını vurdu
18:59 23 Oktyabr 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində "Pegout 406" markalı avtomobil yolu keçmək istəyən 40-50 yaşlı qadını piyada zolağında vurub.
 
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Hadisəni törədən avtomobilin sürücüsü ətrafdakı insanların köməyi ilə qadını maşına qoyaraq xəstəxanaya aparıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR