Ermənistan prezidenti Rusiya ilə “Birləşmiş qoşun qruplarının” yaradılması haqqında razılaşmanı təsdiqləyib

Ermənistan prezidenti Rusiya ilə “Birləşmiş qoşun qruplarının” yaradılması haqqında razılaşmanı təsdiqləyib
19:22 23 Oktyabr 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqaysan “Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında razılığ”ı oktyabrın 23-də təsdiqləyib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Ermənstan prezdentinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Serj Sarqsyan Rusiya, Belarus və Ermənistan arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında razılşamanı təsdiqləyib.
Məlumatda həmçinin o da bildirilir ki, İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında sərmayələrin stimullaşdırılması və qarşılıqlı müdafiəsi haqqında razılıq da ratifikasiya olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-prezidenti-rusiya-ile-birlesmis-qosun-qruplarinin-yaradilmasi-haqqinda-razilasmani-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR