"İki müğənni bir kişini bölə bilmir"

"İki müğənni bir kişini bölə bilmir"
19:27 23 Oktyabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

"Toy mövsümü yaxınlaşanda mahnı oxuyub, toy tutmağa çalışanlar var. Mən niyə belələrinin yanında görünüm? Niyə onların səviyyəsinə düşüm? Bunun yerinə ildə bir mahnı oxuyaram, bəsdir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni yeni çıxan sənətçiləri tənqid edib. O bildirib ki, müğənnilər özlərini şəxsi həyatları ilə reklam edirlər:

"Sənəti olmayanlar tərbiyəsizlik edir. Qapıları təpiklə açır. Onların yolunu kəsən olmur, pulla qapılar açırlar. Təyin edilmiş bir repertuar yoxdur. Onları ələkdən keçirmirlər. Bir ildən sonra deyəcəklər sənətkarıq. Birinin adı Balaxanımdır, özünə Yağmur deyir. 

Nə qədər ərdən, hamiləlikdən danışarlar? Kimi sevgilidən, kimi boşanmaqdan danışır. İki müğənni bir kişini bölə bilmir. Hamilə-hamilə dar paltar geyinib efirə çıxır. Biz Avropada yaşayırıq? Avropada hamilə səhnəyə çıxdılar mən də çıxım, 1 ayda üç ər dəyişib mən beşin dəyişim deyirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/593043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR