"Heç bir müğənni konsertində zalı doldura bilmir"

"Heç bir müğənni konsertində zalı doldura bilmir"
20:05 23 Oktyabr 2017
93 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Natiq Şirinov iddialı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, nağara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında müğənniləri konsert zamanı zalı doldura bilməməkdə günahlandırıb:

"Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində, Yaşıl Teatrda öz gücünə zal dolduran görmədim. Dost-tanışla doldururlar. Bileti qohum-əqrabaya paylayırlar ki, sən canın konsertimə gəl. 2006-cı ildə ilk dəfə olaraq alət üzrə 2 saatlıq konserti mən etmişəm. Sabah konsert afişası vursam, zalı dolduracam".
 
N.Şirinov keçirilən konsertlərə qonaq kimi dəvət olunduğunu, amma getmədiyini deyib:

"Konsertlər toya oxşayır. Gedib toya qulaq asacam?".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/593055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR