Otağının divarında yazdığı sözlərdən sonra anasının əli ilə özünü öldürdü - VİDEO - FOTO

Otağının divarında yazdığı sözlərdən sonra anasının əli ilə özünü öldürdü - VİDEO - FOTO
20:52 23 Oktyabr 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada otağının qapısına qurduğu cihazla anasına özünü öldürdən gəncin sevgilisinin Kanadaya getməsindən sonra depresiyaya düşdüyü məlum olub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, dəfn edilən gəncin anası: "Bu acıyla necə yaşayacağam" deyərək göz yaşı töküb.

Məlumata görə, olay dünən Çukurova qəsəbəsində qeydə alınıb. İddiaya görə, İstanbulda fizioterapiya təhsili alan Emre Görür məktəbi bitirdikdən sonra bir müddət idi İstanbulda yaşamağa başlayıb. Burada Gözde G. ilə sevgili olan gənc sevgilisinin Kanadaya təhsil üçün getməyindən sonra depresiya keçirib. Adanaya qayıdan və ailəsiylə birlikdə yaşamağa başlayan Emre Görür bu səbəbdən psixoloji müalicə almağa başlayıb. Heç cürə depressiyadan çıxa bilməyən Görür intihar etməyə qərar verib. Ancaq bunu özü edə bilməyincə otağının divarlarına vida mesajı yazaraq tüfənglə qapıda qurğu düzəldib. Tüfəngin tətiyini də qapının tutacağına bağlayıb. Gənc bu planını gecə saatlarında gerçəkləşdirib.

Şənbə gününün səhəri anası Hülya Güngör oğlunu yuxudan qaldırmaq üçün otağın qapısının tutacağını açarkən güllə səsi eşidilib. Tüfəngdən çıxan güllə Emrenin başına tuş gəlib. Ana qapını açanda oğlunu qan içində görüncə dəli olub. Hadisə yerinə gələn səlahiyyətlilər gənc oğlanın öldüyünü müəyyən ediblər.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Otağının divarında yazdığı sözlərdən sonra anasının əli ilə özünü öldürdü


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR