"Lokomotiv" - "Krasnodar" oyunu zamanı azarkeş tribunadan yerə yıxılıb

"Lokomotiv" - "Krasnodar" oyunu zamanı azarkeş tribunadan yerə yıxılıb
21:52 23 Oktyabr 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya Premyer Liqasının 14-cu turu çərçivəsində oynanılan "Lokomotiv" - "Krasnodar" matçı zamanı bədbəxt hadisə baş verib.
“Report” "Çempionat"a istinadən xəbər verir ki, oyun gedən zaman ev sahibi olan komandanın azarkeşi yuxarı tribunadan yerə yıxılıb.
Ona dərhal tibbi yardım göstərilib. Fanat sağdır və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.
Matça gəldikdə isə birinci hissədən sonra hesab 1:0 "Lokomotiv"in xeyrinədir. Hesabı 25-ci dəqiqədə yarımmüdafiəçi Aleksey Mirançuk açıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/lokomotiv-krasnodar-oyunu-zamani-azarkes-tribunadan-yere-yixilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR