Rusiya baş nazirinin müavininin mənzili atəşə tutuldu

Rusiya baş nazirinin müavininin mənzili atəşə tutuldu
22:08 23 Oktyabr 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.

Publika.az xəbər verir ki, bu barədə REN TV xəbər verib.

İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR