“Mercedes”lə traktor toqquşdu - Zərdabda

“Mercedes”lə traktor toqquşdu - Zərdabda
22:29 23 Oktyabr 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Zərdabda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu  gün axşam  saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik maşını ilə traktor toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev  müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün Ağcabədi Rayon mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR