Bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir - Azərbaycanda - VİDEO

Bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir - Azərbaycanda - VİDEO
22:42 23 Oktyabr 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir...

Milli.Az bildirir ki, Qazaxdakı çay evlərindən birində maraqlı ismarıclara rast gəlmək olar.

Buraya gələn müştərilər gedərkən bir mesaj qoyur. Bu ismarıclar ya sevgi etirafları olur, ya ad günü təbrikləri, ya da aforizm və ya gülüş doğuran sözlər. Əksər müştərilərinin gənclər olduğu çay evində belə ənənə təxminən 1 ildir davam edir.

Müştəriləri buraya çəkən əsas səbəb də elə içəridə yazılan ismarıclardır. Onlar deyirlər ki, bura gəlib həm əylənir və istirahət edir, həm də özlərindən bir xatirə qoyub gedirlər.

Obyekt sahibi deyir ki, ismarıcların yazılması ideyası müştəri fəallığını artırmaq və daha çox gəncləri cəlb etmək olub ki, buna da nail olublar. Fəaliyyət göstərdiyi 1 il ərzində çay evində təxminən 2 minə qədər ismarıc yazılaraq divarlara yapışdırılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/593086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR