Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib

Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib
23:27 23 Oktyabr 2017
29 İdman
Ölkə mətbuatı
A- A+

İFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Palladium" teatrında keçirilən "The Best" adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
 
Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
 
Qeyd edək ki, Zidan ötən mövsüm "Real"la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/593095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR