UTX Poroşenkoya qarşı sui-qəsdin qarşısının alınması barədə xəbəri təkzib edib

UTX Poroşenkoya qarşı sui-qəsdin qarşısının alınması barədə xəbəri təkzib edib
23:27 23 Oktyabr 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) oktyabrın 22-də Donetsk vilayətinin Avdeyevka şəhərinə səfər zamanı Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı hazırlanan sui-qəsdin qarşısının alınmasına dair mətbuatda yayılan məlumatları təkzib edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu UTX-nin mətbuat katibi Yelena Qitlyanskaya bildirib.
"Bu yalan məlumatdır", - deyə o bildirib.
Pyotr Poroşenko oktyabrın 22-də Avdeyevkaya səfər edib və Donbassda güc strukturu orqanlarının üzvləri ilə hazırkı vəziyyətlə bağlı müzakirə aparıb.
Bundan əvvəl UTX-nin sui-qəsd hazırlayan qrupu zərərsizləşdirdiyi, xüsusi əməliyyat zamanı iki nəfərin öldürüldüyü, həmçinin saxlanılan şəxslərdən bir ədəd "Steyr-Manlicher" markalı snayper tüfəngi, bir ədəd "Makarov" tapançası, reaktiv tank əleyhinə qumbaralar və əl qumbaraları götürüldüyü məlumat verilmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/utx-porosenkoya-qarsi-sui-qesdin-qarsisinin-alinmasi-barede-xeberi-tekzib-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR