Qubada istifadəsiz qalan quyudan neft çıxdı - VİDEO

Qubada istifadəsiz qalan quyudan neft çıxdı - VİDEO
23:42 23 Oktyabr 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

İllərdir istifadə olunmayan quyudan neft çıxıb.

Bura Qubanın Talabı kəndidir. Kənd sakinləri deyirlər ki, ərazidəki köhnə quyudan neftin çıxdığını onlar təsadüfən aşkar ediblər. Milli.Az xəbər verir ki, bu prosesin bir müddətdir davam etdiyi bildirilir. Kəndin 63 yaşlı kənd sakini Ağanur Beybalayevin sözlərinə görə, 47-48 il əvvəl Bakıdan geoloqlar kəndə neftə görə gəliblər.

Hətta quyudan neft də çıxıb. Ancaq illər sonra quyunun ağzını bağlayıb gediblər. İndi isə neft quyusu yenidən aktivləşib.

Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1969-70-ci illər ərazidə neft quyusunun qazıntısına başlandığını, 4-5 il neft çıxandan sonra isə bu prosesin dayandığını deyib.

Hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qubada istifadəsiz qalan quyudan neft çıxdı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/593097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR