Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən xidmət yoldaşını öldürüb, sonra isə intihar edib.
İnsidentlə əlaqədar hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.