Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb, sonra intihar edib

Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri xidmət yoldaşını öldürüb, sonra intihar edib.

Metbuat.az-ın məlumatına görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan təsadüfən atəş açaraq xidmət yoldaşını öldürüb. Bundan sonra o qorxub və intihar edib.

Məlumata əsasən, insidenti aydınlaşdırmaq üçün hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR