Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb

Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb
01:07 24 Oktyabr 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun forvardı Olivye Jirunun "Kristal Pelas"ın qapısına dabanı ilə vurduğu qol FİFA versiyası üzrə 2017-ci ilin ən gözəl qolu seçilib.
“Report” xəbər verir ki, Jiru 2009-cu ildən (cinsindən asılı olmayaraq) ilin ən gözəl qolunu vurmuş futbolçuya verilən Ferents Puşkaş adına mükafata layiq görülüb.
Bunadək sözügedən titula Kriştianu Ronaldu, Həmid Altıntop, Neymar, Miroslav Stox, Zlatan İbrahimoviç, Hames Rodriqes, Faiz Subri Vendell Lira sahib çıxıb.
Puşkaş mükafatına Jiru ilə yanaşı Deyna Kastelyanos (Venesuelanın qadınlardan ibarət U-17 yığması, 24.10.2016) və qapıçı Oskarine Masulukenin ("Baroka", 04.12.2016) qolları iddialı idi.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/jiru-fi-fa-nin-ilin-en-gozel-qolu-mukafatina-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR