Bakı. 24 oktyabr. REPORT.AZ/ 2017-ci ilin sentyabrında Ukraynada təbii qaz hasilatı 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4% artıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Statistika Xidmətinə istinadən UNN məlumat yayıb.
Cari ilin sentyabr ayında təbii qaz hasilatı 1,6 mlrd. kubmetr təşkil edib.