Pentaqon Afrikada əlavə qoşunlara ehtiyac duymur

Pentaqon Afrikada əlavə qoşunlara ehtiyac duymur
08:05 24 Oktyabr 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon hələlik Afrikada əlavə ABŞ hərbçilərinin yerləşdirilməsinə ehtiyac duymur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford bildirib.

O, qeyd edib ki, hərbi kontingentinin sayının artırılması haqqında danışmaq hələ tezdir: "Afrika İŞİD terror qruplaşmasının girmək istədiyi regionlardan biridir. Biz terrorçulara Liviyanın, Sinayın və Şərqi Afrikanın necə vacib olduğunu bilirik".

C.Danford vuröulayıb ki, hərbçilərin müdafiə naziri Ceyms Mettisə və prezident Donald Trampa lazımi hərbi tövsiyyələr verməyə hazır olduğunu bildirib: "Hazırda mən deməzdim ki, bu, sabah baş verəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR