ABŞ Myanmaya qarşı sanksiya tətbiq edə bilər

ABŞ Myanmaya qarşı sanksiya tətbiq edə bilər
08:57 24 Oktyabr 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika hökuməti Myanmanın Rakhayn ştatında insan haqlarının pozulmasına görə Neypidoya qarşı sanksiya tətbiq edə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
"Biz onların Maqnitski qanununa əsasən məqsədyönlü qlobal sankisyalar daxil olmaqla ABŞ qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilməsi mexanizmlərini öyrənirik", - deyə məlumatda qeyd olunur.
Həmçinin bildirilir ki, Myanma hökuməti və onun silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görməlidir.
Bundan əlavə, idarə qeyd edib ki, ABŞ artıq Myanma ordusu ilə qarşılıqlı fəaliyyəti məhdudlaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR