Mustafa Topçubaşovun qızı vəfat edib

Mustafa Topçubaşovun qızı vəfat edib
09:27 24 Oktyabr 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşova vəfat edib.
“Report”un məlumatına görə, Z.Topçubaşova 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2002-ci ildə imzaladığı fərmana əsasən, Topçubaşova Zemfira Mustafa qızı Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb. O, sovet cərrahı, Azərbaycan SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71) Mustafa Topçubaşovun və Azərbaycanın ilk qadın rəssamı, SSRİ-nin əməkdar incəsənət xadimi Reyhan Topçubaşovanın qızıdır.
Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/mustafa-topcubasovun-qizi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR