Rezident əlaqələndirici: "BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir"

Rezident əlaqələndirici: "BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir"
10:07 24 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Ötən 25 il ərzində milyonlarla azərbaycanlı humanitar yardım, yaxşı idarəçilik, iqtisadi inkişaf, təhsil və digər sahələrdə layihələr həyata keçirən BMT-nin fəaliyyətindən faydalanıb".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan və BMT arasındakı əməkdaşlığın 25-ci ildönümünü münasibətilə etdiyi vidoemüraciətdə deyib.
Rezident əlaqələndiricinin müraciətində qeyd olunub ki, bu vacib tarixi qeyd etmək məqsədi ilə BMT-nin Azərbaycanla 25 il ərzində sıx əməkdaşlığını və tərəfdaşlığını əks etdirən xatirə kitabı hazırlanıb.
"Bu gün BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir", - Q.İshaqzai bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/rezident-elaqelendirici-bmt-azerbaycanin-17-dayaniqli-i-nkisaf-meqsedine-nail-olmaq-istiqametinde-seylerini-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR